Bu müayinə ürəyin ayrı-ayrı kameralarında, həmçinin ürəkdən çıxan böyük damar- larda təzyiqi ölçməyə, qanda oksigen saturasiyasını təyin etməyə imkan verir. Əksər hallarda bu müayinə ilə birlikdə ürək damarlarının vəziyyəti də yoxlanılır. Müay- inənin nəticəsinə əsasən ürək qapaqlarının vəziyyəti, ürək qüsurlarının olub-olma- ması, ağciyər damarlarında təzyiq yüksəlməsi kimi məqamlar aydınlaşır və düzgün müalicə istiqməti seçilir.