Transezofagial exokardioqrafiya

Normal exo müayinəsində şübhəli məqamlar qaldıqda daha ətraflı məlumat əldə etmək üçün
həkiminiz tərəfindən transezofagial exokardioqrafiya müayinəsi təyin oluna bilər. Döş
qəfəsinin səthindən apardığımız exo müayinəsində ultrasəs dalğaları qabırğalar, ağciyərlər
və s. kimi maneələrlə üzləşdiyi üçün bəzi məlumatları əldə et- məkdə çətinliklər ola bilər.
Qida borusunun ürəyə çox yaxın yerləşdiyi üçün ultrasəs dalğaları müayinə zamanı
maneələrlə qarşılaşmır. Bu səbəbdən qida borusundan aparılan exokardioqrafiya
müayinəsində əksər hallarda dəqiqliklə ürəyin strukturları haqda məlumatı əldə edə bilirik.
Bu müayinəyə adətən aşağıdakı hallarda ehtiyac duyulur
✓Qapaq xəstəliklərinin səbəbinin və ağırlığının təyin edilməsi məqsədi ilə
✓Qapaq xəstəliklərində qapalı yolla aparılan müdaxilələr, həmçinin cərrah tərəfindən təmir
əməliyyatına uyğunluğun təyin edilməsi məqsədi ilə
✓Qapaq əməliyyatı keçirmiş pasientlərdə müəyyən ağırlaşmaların dəqiqləşdirilməsi
məqsədi ilə
✓Anadangəlmə ürək qüsurlarının dəqiqləşdirilməsi məqsədi ilə
✓İnsultun səbəbinin müəyyənləşdirilməsi üçün
✓Müalicə cavab verməyən və səbəbi bilinməyən qızdırmada ürək daxilində infeksiya
ocağının təyin edilməsi məqsədi ilə
✓Qulaqcıq səyriməsi olan pasientlərdə ritmin bərpasından öncə ürək daxilində
trombun aşkarlanması üçün
Müayinə adətən sedasiya (yüngül anesteziya) altında aparılır. Bu səbəbdən pasientlərimiz
adətən müayinə əsnasında heç bir çətinlik yaşanmır. Pasientlər adətən müayinə
tamamlandıqdan dərhal sonra oyanır və təxmin etdiklərindən çox rahat olduğunu bildirirlər.
Müəyyən vaxtdan sonra müayinənin təkrar aparılmasına zərurət yarandıqda cəsarətlə
müraciət edirlər.

At vero eos et accusamus et iusto odio digni goikussimos ducimus qui to bonfo blanditiis praese. Ntium voluum deleniti atque.

Melbourne, Australia
(Sat - Thursday)
(10am - 05 pm)