Stress exokardioqrafiya

Mərkəzimiz ölkəmizdə bu müayinənin aparıldığı nadir klinikalardan biridir.
Sakitlik halında exo göstəricilərinin normal olması ürəyinizin fiziki aktivlik zamanı da
normal işlədiyinə əmin olmağa imkan vermir. Pilləkən və ya yoxuş qalxarkən təngnəfəslik
şikayəti olan pasientlərin bir qismində sakitlik halında exo müayinəsi normal olsa da, ürəkdəki
pozğunluqlar stress exoda aşkarlana bilir. Stress exo pedalları olan, yarı-oturaq vəziyyətdə,
sola tərəf çevrilə bilən və keyfiyyətli exo müayinəsini aparmağa imkan verən xüsusi stress exo
yatağında aparılır. Pasient yatanda lazımi vəziyyətdə yerləşdirildikdən sonra müəyyən
protokollarla fiziki yük tətbiq edilir. Pasient pedalları çevirir. Adətən 2-3 dəqiqədə bir
pedallardakı yük avtomatik artırılır. Bu fiziki yükün sayəsində ürək vurguları sürətlənir, təzyiq
yüksəlir. Bununla da pasientin ürəyinin fiziki yükə dözümlülüyü aydınlaşdırılır. Müayinə
əsnasında pasient şikayətlərinin olub-olmaması, kardioqrammada dəyişikliklərin olub-olmaması,
həmçinin exo-da dəyişikliklərin aşkarlanması nəzərə alınır.

At vero eos et accusamus et iusto odio digni goikussimos ducimus qui to bonfo blanditiis praese. Ntium voluum deleniti atque.

Melbourne, Australia
(Sat - Thursday)
(10am - 05 pm)