Adi exokardioqrafiyadan əlavə bəzi xüsusi ölçümlərə imkan verən ətraflı exokardioqrafiya müayinəsinə aşağıdakı hallarda ehtiyac var: ✓Qapaq əməliyyatı planlaşdırılan pasientlər, ✓Ağciyər hipertenziyası olan pasientlər, ✓Birləşdirici toxuma xəstəlikləri (sklerodermiya, revmatoid artrit) vəs. kimi xəstə- liklərdə ürəkdəki dəyişikliklərin erkən aşkarlanması üçün ✓Sarkoidoz, amiloidoz kimi xəstəliklərdə ✓Ürək çatışmazlığında ✓Kimyəvi müalicə qəbul edən pasientlərdə vəs.