Ürək-damar xəstəliklərinin bir çoxu, həmçinin təzyiq xəstəliyi və ya xolesterin yüksəkliyi kimi risk amillərinin ömürboyu nəzarətdə saxlanılması üçün vacibdir. Bu həm pasientlərin şikayətlərinin azaldılması, həyat keyfiyyətinin yaxşılaşdırılması, həm də insult, ürək çatışmazlığı vəs kimi fəsadların qarşısının alınması üçün əhəmiyyətlidir. Müntəzəm həkim nəzarətində olan pasientlərdə • risk amillərinə daha yaxşı nəzarət olunur; • dərmanlara və digər müalicələrə riayəti artır; • şikayətlərə səbəb olmasa da, ürəkdə baş verən dəyişikliklər daha erkən təyin olunur; • erkən müalicə ilə fəsadların qarşısını almaq mümkün olur.