Ürək çatışmazlığı

Ürək çatışmazlığı xəstələrinə tibbi xidmət prinsiplərimiz aşağıdakılardır:
• Ürək çatışmazlığı riski daşıyan, hələlik aşkar ürək çatışmazlığı əlamətləri olmayan
pasientləri bu barədə məlumatlandırmaq və ürək çatışmazlığının qarşısının alınması
üçün lazım olan tibbi tədbirlərin həyata keçirilməsi;
• Ürək çatışmazlığı olan istənilən pasientdə ürək çatışmazlığının düzəldilə bilən
səbəblərinin axtarılması, aşkarlandığı halda bu səbəblərin ortadan qaldırılması istiqamətində
tibbi tədbirlərin həyata keçirilməsi;
• Ürək çatışmazlığı xəstələrində koronar angioqrafiya, ürək damarlarındakı darlıqların qa- palı
və ya açıq metodlarla ortadan qaldırılması, qapaq problemlərinin vaxtında aşkar- lanıb
düzəldilməsi, anadangəlmə ürək qüsurlarının aşkarlanıb müdaxilə olunması;
• Ürək çatışmazlığının ən müasir dərman müalicəsinin aparılması. Tibbi ədəbiyyatda mümkün
müalicə seçimləri barədə pasient və ailənin məlumatlandırılması. Pasient və ailənin istəkləri
də nəzərə alınaraq, ortaq qərar əsasında müalicə hədəflərinin təyin olunması;
• Ürək çatışmazlığı xəstələrində qulaqcıq səyriməsi və digər ritm pozğunluqlarının idarə
olunması. Kardiostimulyator-defibrillyator və sinxronizasiya cihazlarına (ICD, CRT)
göstəriş müəyyən olunması.
• Ürək çatışmazlığı səbəbi ilə stasionar yatışların təşkili və stasionar müalicənin aparıl- ması;
• İkincili mitral çatışmazlıq xəstələrində Mitraclip və ya cərrahi müdaxilə baxımından qərarın
verilməsi;
• Ürək çatışmazlığı xəstələrində ağciyər hipertenziyasının müalicəsi; Ürək boşluqlarının
kateterizasiyası;
• Yanaşı xəstəliklərin idarə olunması baxımından fərqli ixtisaslardan həkim komandasının
dəstəyi;
• Ultrafiltrasiya programına başlanılması;
• Psixiatr dəstəyi;
• Son mərhələ ürək çatışmazlığı aşkarlandıqda süni ürək, mexaniki dəstək cihazları,
həmçinin ürək transplantasiyası üçün göstərişin müəyyənləşdirilməsi;
• Ürək transplantasiyası olunmuş və ya mexaniki dəstək cihazları taxılmış pasientlərin
təqibi.

At vero eos et accusamus et iusto odio digni goikussimos ducimus qui to bonfo blanditiis praese. Ntium voluum deleniti atque.

Melbourne, Australia
(Sat - Thursday)
(10am - 05 pm)